Beynəlxalq Hüquqşünas Tələbələr Birliyi “ELSA-Azərbaycan”ın və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə ənənəvi “Şahid dindirmə” müsabiqəsinin 4-cü turu keçirilib.
Müsabiqədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri Fidan Paşayeva və Ləman Nadirova I yerə layiq görülüblər. Bu barədə DİA-dan “XQ”-yə məlumat verilib. Bildirilib ki, hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Ceyran Yusiflinin iştirak etdiyi komanda isə II yeri tutublar.
Müsabiqə iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla şahid arasında həyata keçirilən dindirmə prosesinin simulyasiyasıdır. Bu simulyasiya cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədini daşıyır.
XQ