Daşkənddə Yunus Oğuzun əsərinin təqdimatı

post-img

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Yunus Oğuzun özbək dilində nəşr olunan “Əmir Teymur” tarixi romanının təqdimatı keçirilib. Kitabı məşhur özbək şair və tərcüməçisi, mərhum Usman Kuçkar tərcümə edib.

Mərasimi filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev Yunus Oğuzun bir neçə kitabının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edildiyini diqqətə çatdırıb, yazıçının əsərlərinin Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də nəşr olunduğunu bildirib. Alim və tərcüməçi Babaxan Şərif “Əmir Teymur” romanının bədii dəyəri haqqında söhbət açıb, kitabın gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.

Universitetin prorektoru Gülnoza Əhmədova, professorlar Boqijon Toxliyev, Səadət Muxammedova, Abdulla Uluqov, Behbud Batirov və başqaları Azərbaycan-Özbəkistan ədəbi əlaqələri, Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd



Mədəniyyət