Ədəbiyyat Muzeyində Dissertasiya Şurasının ilk iclası

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində 2026–2028-ci illərdə fəaliyyət göstərəcək FD 1.31 qeydiyyat nömrəli Dissertasiya Şurasının ilk iclası keçirilib.

Mərasimdə Dissertasiya Şurasının sədri akademik Rafael Hüseynov qarşıdakı vəzifələrdən, elmi seminarın tələbkarlıq səviyyəsinin artırılması zəruriyyətindən bəhs edib.

Müzakirələrdə Şura üzvləri mülahizələrini bölüşüblər.

Daha sonra 2015–2018-ci illərdə Bakı Dövlət Universitetinin əyani doktorantı olmuş Ayşən Əsəd qızı Sadıqlının “Mir Cəlal hekayələrində ədəbi qəhrəman və zaman” mövzusunda dissertasiya işinə opponentlər təyin olunması və avtoreferatın çapınına icazə verilməsi ilə bağlı məsələ müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, Dissertasiya Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 fevral 2026-cı il tarixli 3-50/3-1-73/2026 saylı əmri ilə 28 nəfərdən ibarət tərkibdə təsdiq edilib. Bu il ilk dəfə olaraq Dissertasiya Şurası iclaslarını 28 nəfər üzvlə keçirəcək. Öncəki tərkibdə 24 nəfər üzv var idi. Şuranın tərkibindəki üzvlərdən akademik Teymur Kərimli, akademik Möhsün Nağısoylu və müxbir üzv Əbülfəz Quliyev birinci dönəmdə – 2019-2022-ci ildə də Muzeydə fəaliyyət göstərən Şuranın üzvü olublar. 8 nəfər üzv isə, bu il ilk dəfə olaraq Şurada təmsil olunacaqlar.

Qabil YUSİFOĞLU
XQ







Elm