Xalq Teatrları Festivalı

post-img

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dramaturq, şair və nasir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib.

Festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcə də dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurulması məqsədilə təşkil olunub.

Festivalda 20 xalq teatrı iştirak edib. İlk seçim müsabiqəsi oktyabrın 19-da Şağan qəsəbə Mədəniyyət Mərkəzində, oktyabrın 20-də isə Mərdəkan Mədəniyyət Sarayında reallaşıb.

Nümayiş olunan tamaşalar münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli və Bəhram Osmanov tərəfindən rejissor işi, musiqi tərtibatı, bədii tərtibat, aktyor oyunu kriteriyaları üzrə dəyərləndirilərək qiymətləndirilib.

Mədəniyyət