Özbəkistanda azərbaycanlı şairin kitabı təqdim olunub

post-img

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Daməd Salmanoğlunun özbək dilində çap olunan “Tanlangan asarlar” şeirlər kitabının təqdimatı keçirilib.

Universitetdəki Füzuli adına Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Gülbahar Aşurova öz çıxışında şair Daməd Salmanoğlunun yaradıcılığından bəhs edib, Damət Salmanoğlu yaradıcılığının Özbəkistanda  sevildiyini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Azərbaycan poeziyasının özbək oxucularu tərəfindən sevildiyini bildirib, müstəqillik illərində bir çox şairimizin əsərlərinin özbək dilində çap olunduğunu qeyd edib. K. Məmmədzadə son vaxtlarda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərindən ibarət “Külliyyat”ın özbək dilində nəşr edildiyini diqqətə çatdırıb. Daməd Salmanoğlunun yaradıcılığından söhbət açan natiq bu tərcümələrin iki ölkə ədəbiyyatşünaslığı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Məcid Daməd Salmanoğlunu özbək dilində çap edilmiş yeni kitabının nəşri və Özbəkistan Yazıçılar Birliyinin üzvü seçilməsi münasibətilə təbrik edib,ona uaradıcılıq uğurları arzulayıb. Sonra D. Salmanoğluna birliyin üzvlük vəsiqəsini təqdim edib olunub. 

Universitetin prorektoru Gulnoza Curayeva, ədəbiyyatşünas Novruz Avezov, şair və tərcüməçi Gülzira Şaripova və başqaları Daməd Salmanoğlunun yaradıcılığından, Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatına təsirindən söz açıblar. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd







Mədəniyyət