Tacikistandan Rusiyaya aqrar məhsulların tədarükü 30 faiz artıb

post-img

2024-cü ilin yanvar-sentyabr aylarında Tacikistandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının tədarükü 30 faizdən çox artıb. Bu barədə Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Nigina Anvari “İzvestiya”ya bildirib.

“Ölkələrimizin ümumi xarici ticarət balansında kənd təsərrüfatı məhsullarının payı 70 faizdən çoxdur. Belə ki, bu ilin doqquz ayı ərzində Tacikistan Respublikasının Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox, Rusiyadan Tacikistana idxal isə 38 faiz artıb”, - deyə o bildirib.

Bundan əlavə, respublika Rusiya və digər ölkələrə ixrac üçün istehsal və logistika zəncirlərini sistemləşdirmək üçün birgə müəssisə yaratmağı təklif edir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya