ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Gələcək Sammitində (Summit of the Future) UNESCO-nun Elektoral qrupunun eksperti, Dünya dilləri atlası layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adina Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva da iştirak edib.
O, UNESCO-nun xarici platformasında Azərbaycan təmsilçisi kimi Assambleyanın gənclərlə bağlı sessiyalarında SDG, təhsildə dayanıqlılıq, elmdə süni intellekt kimi müxtəlif mövzularda çıxış edib. Vəfa Abdullayeva-Nəbiyeva Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində olub, "Divanü lüğat-it türk" əsərinin 3 cildliyini, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin tərtibçisi olduğu “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (10 dildə), “Nizami Ganjavi almanac” əsərlərini, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı daimi nümayəndə Yaşar Əliyevə təqdim edib.
XQ