“Şuşa günləri”nin iştirakçıları Daşkənddə

post-img

Şuşa ilə qardaşlaşmış Xivə şəhərində keçirilən “Şuşa günləri” başa çatdıqdan sonra Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədə­niyyət Mərkəzində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə ölkəmizdən gələn nümayəndə heyətinin görüşü olub. 

Heydər Əliyev, Azərbaycan–Özbəkis­tan Dostluq və Azərbaycan Dövlətçilik Ta­rixi muzeyləri ilə tanışlıqdan sonra mərkəz­də çay süfrəsi arxasında keçən görüşdə Hüseyn Quliyev Azərbaycan–Özbəkistan münasibətləri, Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də dost ölkəyə dövlət səfəri, imzalanan mü­hüm sənədlər haqqında məlumat verib, əməkdaşlığın yeni yüksək mərhələyə daxil olduğunu qeyd edib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun Xivə şəhərində keçirilən görüşlər haqqında söh­bət açıb, bu qədim şəhərlə qardaşlaşmanın siyasi-mədəni önəmini vurğulayıb. İşğala son qoyulandan sonra Azərbaycanın mə­dəniyyət paytaxtında aparılan tikinti, ye­nidənqurma, bərpa və abadlıq işlərindən danışan qonaq qeyd edib ki, bu qədim Azərbaycan şəhərində 196 tarixi abidə olub, onların əksəriyyətini erməni vandal­ları dağıdıblar. Artıq qədim Şuşa yenidən turizm şəhərinə çevrilir. Təkcə avqust ayın­da şəhərə 168 min turist gəlib. 

Sonra nümayəndə heyəti Daşkəndin görməli yerləri ilə tanış olub. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət