Şəfqət ucalığında “Problem yoxdur”

post-img

Rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filmi Sumqayıtdakı Muğam Mərkəzində nümayiş etdirilib.

Bu, filmin Bakı və Gəncədən sonra 3-cü təqdimatı idi. Əlil soydaşımız Alik Cəfəro­vun həyat hekayəsindən bəhs edən ekran işini sumqayıtlılar da maraqla qarşılayıblar.

Pedaqoqlar Aygün Qasımova, Zivər Xanlarova, təhsil eksperti İlhamə Axundo­va, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyev, beynəlxalq təlimçi Əsmər Kərimova, yazıçı-psixoloq İlqar Kamil təqdim olunan filmin özəlli­yindən söhbət açıb və inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Əlilliyi olan Fərid Abışovun tar­da ifası tədbirə xüsusi rəng qatıb.

Mərasimdə filmin çəkilməsində böyük dəstəyi olan “Mənəvi Dünya” İctimai Birli­yinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad edilib və videoçarx göstərilib. Sonra film nümayiş olunub.

Diqqətlə izlənən filmdən sonra ekran işinin baş qəhrəmanı – Göygöl rayonunun Balçılı kəndində yaşayan Alik Cəfərovun videomüraciəti təqdim olunub. Rejissor Elçin Ağazadə filmin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə və mərasimə qatı­lanlara minnətdarlığını bildirib. 

XQ



Mədəniyyət