Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə 19 avqust 2024-cü ildə Xalq Şairi Mirvarid Dilbazinin məzarı önündə anadan olmasının 112 illiyi qeyd olunub, məzarına əkıil, gül dəstələri düzülüb.
Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açıb. Bildirib ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı gündən xalq şairinin yaradıcılığını geniş şəkildə təbliğ edir. 2022-ci ildə Mirvarid Dilbazinin 110 illik yubileyi münasibəti ilə Qeyri-Hökümət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az sayıtı fəaliyyətə başladı, ictimai birlik olaraq xalq şairinin "Bənövşələr üstə göz yaşları" adlı kitabı kiril qrafikasından, latın qrafikasına çevrilərək yenidən nəşr olundu. ''Öz içindən yanan bir ocağam'' kitabı isə şair anamız haqqında yazılan şeirlərdən, xatirələrdən,publisistik məqalələrdən ibarətdir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə '' Vətən oğulsuz olmasın'' kitabı da Mirvarid Dilbazinnin ulu öndərə həsr etdiyi şeirlərdən ibarətdir.
Mirvarid Dilbazi Poeziya Məclisi bu günümüzün işığında yaşayıb yaradan şairlərdən- Brilyant Atəşin, Arzu Yaqubqızının, Arzu Əyyarqızının, Vaqif Osmanlının kitabıarının işıq üzü görməsinə vəsilə olub. Mirvarid Dilnazi Poeziya Məclisinin son uğuru isə şəhid Zaur İsmayılzadənin anadan oımasının 29 illikmünasibəti ilə Beynəlxalq Muğam Mərkəzində ''Buğra tələsi'' kitabının təqdimatı oldu. Kitabın müəllifi hərbi jurnalist Ötərxan Eltacdır. Bunlarla bərabər təşkilat milli mənəvi dəyərlərimizi də geniş təbliğ edir . Azərbaycan Respublikasının birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə kəlağayımız Yuneskonun Qeyri Madd i Mədəni irs üzrə Peprezentativ siyahısına daxil olmuşdu. Bu tarixi hadisənin 10 illiyi münasibəti ilə təşkilat kəlağayı haqqında festivallar keçirir, sərgilər təşkil edir, sazlı sözlü konsertlər verir. Beləliklə, Mirvarid Dilbazi Poeziya Məclisi mədəniyyətimizin,ədəbiy yatımızın, poeziyamızın təbliğinə, inkişafaına xidmət edir.
Mirvarid Dilbazinin "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci, "Bizim səsimiz" adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. Şairin "İlk bahar", "Məhəbbət bizimlə qoşa doğulur", "Həyat lövhələri", "Xatirələr aləmində", "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə "Seçilmiş əsərləri", "Qar çiçəkləri", "Durnalar ötüşəndə", uşaqlar üçün "Nağıllar", "Kiçik dostlarıma", "Gülbahar", "Yaz gəlir", "Lalənin ağacları", "Abşeron bağlarında" və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, "Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə", "Avey dağla söhbət" və digər poemaları, "Xocalı fəryadı", "Məhsəti" pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun "Çoban Qara", "Evimizə gəlin gəlir", "Anam yadıma düşdü”, "Laylay", "Azərbaycan elləri" şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla", "Qoymayın ağlayım məni", 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən! - yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "İstiqlal" ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.