Qara Qarayevin Yaponiyada əsərləri nəşr olunub

post-img

Yaponiyada görkəmli bəstəkar Qara Qarayevin not kitablarının çapı layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb.

Bəstəkarın fortepiano üçün əsərləri yerli “Zen-On” musiqi nəşriyyatı tərəfindən nəşr olunub. Kitaba bəstəkarın yaratdığı uşaqlar üçün fortepiano miniatürləri və digər əsərləri daxil edilib. Əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib. İlk dəfədir ki, Azərbaycan musiqiçisinin metodik tövsiyələri Yaponiyada nəşr edilmiş not kitabında verilib.

Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasının daxil edildiyi iki not kitabı yapon musiqisevərlərinə təqdim edilib. 

XQ

 

Mədəniyyət