Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsinin təşkilatçılığı ilə “Podlaski Oktawa Kultur” 16-cı Beynəlxalq festivalı keçirilib.
Musiqi bayramında ölkəmizi Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Vətən” musiqi qrupu təmsil edib. Musiqiçilərimiz – xanəndə Səfalı Mirzəliyev, Ruslan Zərbaliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyyar Teymurov (nağara) Polşanın Bialistok, Kleszczele və Stary Folvark şəhərlərində konsertlər verib, ustad dərsləri keçiblər.
Festival çərçivəsində ən böyük konsert Bialistok şəhərində baş tutub. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları polyak dilində salamlayıblar. Tamaşaçılar musiqiçilərimizi ayaq üstə alqışlayıblar. Konsertdən sonra təmsilçilərimiz Polşa Dövlət televiziyasına Azərbaycan muğamı haqqında ətraflı müsahibə veriblər. Musiqiçilərimiz Krakovda da böyük konsert proqramı ilə çıxış ediblər.
Sonda “Vətən” Musiqi qrupunun üzvlərinə diplom və qiymətli hədiyyələr verilib.
XQ