Azərbaycanlı alim Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

post-img

 Türkiyənin Yalova şəhərində “Prof. Xəlil İnalcıkın mirası: Osmanlı Dövlətinin quruluşundan Cümhuriyyət Türkiyəsinə” Beynəlxalq Tarix Araşdırmaları Simpoziumu keçirilib. 

Simpoziumda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan da elm adamları iştirak ediblər. Beynəlxalq simpoziuma dəvət edilən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türkiyə Cümhuriyyətinin quruluşunda Azərbaycan Türk aydınlarının fikri və əməli çalışmaları” mövzusunda məruzə ilə çıxış edib.

 

XQ

 

Mədəniyyət