Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda Qran-Pri mükafatına layiq görülüb

post-img

Portuqaliyanın Braqa şəhərində III Beynəlxalq Teatr Festivalı keçirilib. Avrasiya Teatrlar Birliyi, Portuqaliya Mədəniyyət Nazirliyi, CTB (Comphania de Teatro de Braga) və Braqa Şəhər Bələdiyyəsinin birgə keçirdiyi festivalda 8 ölkədən teatr kollektivləri iştirak edib. Festivalda ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yaradıcı kollektiv rejissor Tural Vaqifoğlunun quruluşunda Ejen İoneskonun “Kral ölür” tamaşasını uğurla nümayiş etdirib. Əsərində rolları Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov canlandırıblar.

Münsiflər heyətinin qərarına əsasən, Gəncə teatrı “Ən yaxşı tamaşa geyimi” nominasiyasında qalib elan edilib və festivalın Qran-pri mükafatına layiq görülüb.





Mədəniyyət