“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

post-img

Avropanın “Euronews” xəbər telekanalı Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə ölkənin paytaxtında keçirilən “Gamesummit 2024” forumundan bəhs edən “Gamesummit 2024” maraqlı müsabiqə, şou və oyunlar haqqında mənalı müzakirələrdir” adlı reportaj və məqalə hazırlayıb.

Məqalədə xüsusi qeyd olunur ki, forumun məqsədi oyun sənayesinin əsas iştirakçılarını bir araya gətirmək, onların arasında ünsiyyət və əməkdaşlıq yaratmaq olub. Telekanal qeyd edir: “Canlı və dinamik Bakı şəhəri oyunçuların, tərtibatçıların və sənaye liderlərinin beynəlxalq mərkəzinə çevrilmiş “Gamesummit 2024” forumuna ev sahibliyi etdi”.

Telekanalın reportajında vurğulanır ki, dünyanın müxtəlif ölkələrindən olan məruzəçilərin, sərgi iştirakçılarının və oyunçuların müxtəlif heyətləri forumun unudulmaz hadisəyə çevrilməsinə kömək ediblər.

Məqalədə qeyd olunur ki, “Gamesummit 2024” Bakını həqiqətən də oyun sənayesi xəritəsinə yerləşdirib.

Mədəniyyət