Macarıstanın baş naziri Viktor Orban Berlində Almaniya kansleri Olaf Şoltsla görüşüb. Son vaxtlar iki ölkə arasında münasibətlərin soyuduğu görünür.
Macarıstanın Aİ Şurasına sədrliyinin başlamasına həftə yarım qalmış bu ölkənin baş naziri Viktor Orban Almaniyaya səfər edib və burada kansler Olaf Şolts ilə görüşüb.
O cümlədən, iki dövlətin liderləri futbol üzrə Avropa çempionatının Almaniya - Macarıstan matçına (almanlar 2:0 hesabı ilə qalib gəlib) baxıblar.
Orban Almaniyaya ardıcıl ikinci dəfədir ki, səfər edir. Lakin danışıqlardan sonra birgə mətbuat konfransı keçirilmir.
P.ƏMİRCANOV
XQ