“Ovod” “Mənim teatrım”da

post-img

M Teatr – “Mənim Teatrım”ın səhnəsində məşhur irland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı azadlıq mücadiləsinin fəal iş­tirakçılarından olan Artur Ber­tonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə kəs­kin yazılar yazan bu gənc son­da xalqının istiqlalı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. Haqqında çıxarılan ölüm hökmünün dəyişdirilmə­si qərarı da onu mübarizəsin­dən döndərə bilmir. 

Yeni tamaşanın quruluş­çu rejissoru M Teatrın rəhbəri Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəy­yaz Ələkbərovdur. Əsas rolları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şa­mil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər ifa edirlər. 

Əsərin növbəti tamaşaları iyunun 7–8 göstəriləcək. 

S.FİDAN
XQ



Mədəniyyət