Süni intellekt yalan da satır

post-img

Süni intellekt həyatın bütün sahələrində geniş imkanlar yaradır. Məsələn, sosial şəbəkələr süni intellekt alqoritmlərindən istifadə edərək maraqlı video görüntülər yaradır. 

Bu yaxınlarda sosial şəbəkələrdə məşhur brendlərdən birinin dəbli gö­dəkçəsinin reklamı kimi. Reklamın əsas özəlliyi isə Poma papası Fransıskin foto­sundan istifadə edilməsi idi. Bu, bir çox sosial şəbəkə istifadəçinin marağına sə­bəb olub. Qısa müddətdə məhsul satılıb, şirkət böyük məbləğdə pul qazanıb. Lakin az sonra məlum olub ki, bu foto real deyil və süni intellekt tərəfindən yaradılıb. Pa­panın isə o gödəkcə ilə heç bir bağlılığı yoxdur. 

Artıq insanlar foto və ya videonun nə vaxt real olduğunu və onun süni intellekt tərəfindən yaradıldığını ayrıd edə bilmirlər.

Beləliklə, bəzi məhsulları almaq istə­yiniz olmasa da, bir reklam qarşınıza dəfələrlə çıxdıqda fikriniz dəyişir, o məh­sulu qeyri-ixtiyari alırsınız. Belə olan hal­da lazım olmayan bir malı süni intellekt sizə sırıyır.

PÜNHAN
XQ

Dünya