“Tanı, oxu, tanıt” layihəsinin növbəti görüşü Sumqayıtda baş tutub

post-img

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində keçirilib.

Tədbirin aparıcısı Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı ədəbiyyat könüllülüyünün önəmindən bəhs edib. DGTYB başqanı, şair, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsinin rəhbəri  İntiqam Yaşar tədbir iştirakçılarına layihə və “Ədəbiyyat könüllülüyü”, “Ədəbi toplu-2024” kitabları barədə  məlumat verib.

Daha sonra Azərbaycan Ədəbiyyat Fondurun direktoru, yazıçı Varis Yolçuyev, DGTYB İdarə Heyətinin üzvü, şair Yusif Nazim, DGTYB İH üzvü, şair Elvin İntiqamoğlu, DGTYB İH üzvü, şair Şükür Əli, şair Şəhriyar Seyidoğlu, DGTYB başqan müavini, şair-publisist Ayşən Rəhim və DGTYB İH üzvü şair Cəmil Cəmilbəyli, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhəhtçisi Bayram Cəfərli, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məslhətçisi Həsən Həsənli, yazıçı Almaz Bəyazid və Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadəyə söz verilib. Onlar DGTYB ayihələri barədə söz açıb, onların cəmiyyət üçün önəmindən bəhs ediblər. Tədbirdə iştirak edən yazarlar “Ədəbi toplu – 2024” adlı kitabda yer alan şeirlərini səsləndiriblər.

Sonda iştirakçılara təşkilat tərəfindən nəşr olunan kitablar hədiyyə edilib, diplomlar verilib.

Qeyd edək ki,  “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği  layihəsi çərçivəsində çap olunmuş kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB başqan müavini Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 







Mədəniyyət