Əməkdar elm xadimi Qəzənfər Kazımovun  “Azərbaycan dilinin qrammatikası” kitabı çap olunub

post-img

Əməkdar elm xadimi , professor Qəzənfər Kazımovun “ Azərbaycan dilinin qrammatikası” kitabı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub.

Kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçilər profesor Tofiq Müzəffəroğlu və filologiya elmləri doktoru Aynel Məşədiyevadır. 

Dilimizin qrammatik quruluşunun iki sahəsinin –morfologiya və sintaksisi birlikdə nəzərdə tutan bu kitab ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri, müəllifin bu sahədə uzun illərdən bəri qazanmış olduğu təcrübə əsasında yazılmışdır. 

Nitq hissələri və mühüm morfoloji kateqoriyalar, adların dəyişmə, feillərin təsrif sistemi yeni baxış əsasında işlənmiş, nitq hissələrində keçid prosesləri xüsusi nəzərə alınmışdır. 

“Azərbaycan dilinin qrammatikası” dərsliyinin predmetinə eyni zamanda söz birləşmələri, cümlə, mətn sintaksisi məsələləri daxildir.

Ali məktəblərin filologiya fakültələri üçün nəzərdə tutulan bu dərslikdən magistrlər, doktorant və müəllimlər istifadə edə bilərlər. 

 

Elm