Türkiyə Hərbi Havva Qüvvələrinin 113 yaşı olur

post-img

Bu il Türkiyə Hərbi Hava Qüvvələrinin 113 yaşı tamam olur. Türk hərbi aviasiyasının tarixi 19-20-ci əsrlərin əvvəllərindən başlayıb. Türk ordusunda aviasiya yaratmaq üçün ilk addımlar 1909-cu ildə atılıb. 1910-cu ildə Türkiyə nümayəndə heyəti Parisdə keçirilən “Beynəlxalq Aviasiya Konfransı”nda iştirak edib. Məlumatı “Anadolu” v erib. 

1911-ci ildə hərbi nazir Mahmut Şövkət Paşa Baş Qərargahın tərkibində hərbi aviasiyanın inkişafı idarəsinin yaradılması haqqında göstəriş verib. Türkiyədə ilk aviasiya təşkilatı “Aviasiya Komissiyası” adlanıb. Müasir Türkiyənin Hərbi Hava Qüvvələrinin təməli belə qoyulub.

ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Avstriya və Rusiya öz hava qüvvələrinin əsasını təxminən eyni illərdə qoyublar. 1912-ci ildə kapitan Fəsa bəy və leytenant Yusuf Kənan Fransada uçuş məktəbini bitiriblər. Türkiyə ilk pilotlarını belə qəbul edib. Həmin il daha səkkiz türk zabiti təlim keçmək üçün Fransaya göndərilib.

İyulun 3-də Yeşilköydə (İstanbul) ilk uçuş məktəbi yaradılıb. Bununla Türkiyədə hərbi aviasiya sürətlə inkişaf etməyə başlayıb. Birinci Dünya müharibəsi illərində Türkiyə aviasiyası, demək olar ki, bütün cəbhələrdə - Çanaqqaladan Hicaza, Qafqazdan Fələstinə qədər cəlb olunub.

1937-ci ildə Türkiyədə Baş Qərargahın nəzdində Hərbi Hava Qüvvələri Akademiyası, iki ildən sonra aviasiya alayları yaradılıb. 1943-cü ildə Türkiyədə ilk hava diviziyaları meydana çıxıb. 1952-ci ildə Türkiyə Şimali Atlantika Alyansına qoşulub, bundan sonra reaktiv təyyarələrin Türkiyə Hərbi Hava Qüvvələrinə verilməsi istiqamətində işlər sürətləndirilib.

İlk Milli pilot komandası 1952-ci ildə yaradılıb. 2011-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin 100 illiyi üçün SOLOTÜRK pilot komandası yaradılıb.

Ölkənin Hərbi Hava Qüvvələrinin 113-cü ildönümündə Türkiyə hərbi aviasiya sahəsində HÜRJET reaktiv təyyarələri, Akıncı və Aksunqur pilotsuz təyyarələri və beşinci nəsil KAAN qırıcıları kimi daxili inkişaflarla fəxr edir.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya