Beynəlxalq Muzeylər Günündə Nizami Muzeyi 1500-ə yaxın ziyarətçini qəbul edib

post-img

Hər il olduğu kimi, bu il də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may–Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib. 

Gün ərzində bu elm və mədəniyyət ocağını çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə nümayiş olunan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Həmin gün Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 1437 nəfər olub. 

Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən  qeyd edilir. Hər il mayın 18-də keçirilən bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. 

XQ









Mədəniyyət