“Aşiq dərviş” Bakıda

post-img

Özbək miniatürünün Şərq hekayətləri 

Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistanın müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı sərgi açılıb. Burada 80-dən çox təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunur. 

Qeyd edək ki, qədim miniatür üslubu müasir dövrdə özbək milli ənənələrini da­vam etdirən rəssamların əsərlərində yeni nəfəs qazanaraq öz inkişaf dövrünü ke­çirməkdədir. 

Sərgi çərçivəsində Özbəkistan Milli Təsviri Sənət Qalereyası ilə Azərbay­can Milli İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum im­zalanıb. Sənədə əsasən tərəflər birgə elmi-tədqiqat işləri, təcrübə və bilik mü­badiləsi aparmağı, sərgi, elmi seminar və konfranslar təşkil etməyi öhdələrinə götürüblər. 

Yeri gəlmişkən, sərginin ikinci günün­də iştirakçı rəssamlar tərəfindən miniatür sənətinin sirlərini öyrədən “Şərqli dərvişin portreti” adlı ustad dərsi və “Özbəkista­nın müasir miniatür rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” adlı müha­zirə keçirilib. Mühazirədə Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, sənətşünaslıq üzrə elmlər doktoru, pro­fessor, özbək təsviri və dekorativ sənəti haqqında çoxsaylı elmi məqalə və tə­dqiqatların müəllifi, sərginin kuratoru Ka­mola Akilova çıxış edib. 

FİDAN
XQ



Mədəniyyət