Abşeronda külək, bölgələrdə yağış, duman, həm də külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bu­ludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçə­cəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 10-15°, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sü­tunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yük­sək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24°, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya