Uşaqlar gənclər kitabxanasında

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbin şagirdləri ilə görüş olub. 

Beynəlxalq Kitab və Müəllif Hüququ Günü ilə bağlı təşkil olunan tədbirdə kitabxananın direktor müavini Günay Həsənova məktəblilərə mütaliənin insan həyatına, onun savadlı, geniş dünya­görüşlü şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışıb və kitab oxu­mağa önəm verməyi tövsiyə edib. 

Sonra kitabxananın iş prinsipi, fon­dunda olan uşaq ədəbiyyatı, burada təşkil edilən görüşlər, kitab təqdimatla­rı, sərgilər, oxuculara göstərilən elekt­ron xidmətlər haqqında məlumat verilib, müasir dövrdə ənənəvi mütaliə ilə yana­şı, elektron və audio kitablarla ünsiyyətin mühüm əhəmiyyət daşıdığı bildirilib.

Məktəblilər kitabxananın “Nadir nüsxələr” fondunda saxlanılan ədəbiy­yat nümunələri, Brayl əlifbası ilə olan “Qurani-Kərim” haqqında məlumat alıb, “Musiqi” bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış olublar. “Qədim diyar Naxçıvan – 100”, “Tarixi qələbə, Zəfər günü”, “Vətən şə­hidləri” və “İslam dünyasının Mədəniyyət Paytaxtı Şuşa” adlı sərgilər onlarda zən­gin təəssürat yaradıb. 

XQ

Mədəniyyət