Şərurda poeziya axşamı

post-img

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən poeziya axşamının iştirakçı­ları əvvəlcə qədim diyarın şair və ya­zıçılarının əsərlərindən ibarət sərgiyə baxıblar. 

Şərur Rayon İcra Hakimiyyəti başçı­sının müavini Aysel Zeynalabdinova giriş sözü ilə çıxış edib. Naxçıvan Muxtar Res­publikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Naxçıvan ədəbi mühiti 100” mövzusunda çıxış edərək muxtar res­publikanın 100 illiyi ilə bağlı silsilə tədbir­lərdən danışıb. O, poeziya axşamlarnın digər rayonları da əhatə etdiyini bildirib. 

Sonra şairlər Elxan Yurdoğlu, Sürəy­ya Nəsib, Ümmülbanu Musayeva, Püstə Gülsevən və digərləri vətənpərvərlik mövzusunda şeirlərini səsləndiriblər. Məktəblilərin çıxışları da alqışlarla qarşı­lanıb. 

Sonda Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublika­sı Yazıçılar Birliyinin sədri Asim Yadigara 70 illik yubileyi münasibətilə hədiyyə təq­dim olunub.

XQ

Mədəniyyət