Beynəlxalq rəsm sərgisi

post-img

Azərbaycanın qədim diyarı Naxçıvandakı Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi fırça ustalarının yaradıcılıq nümunələrinə növbəti ictimai baxış kimi hər kəsdə xoş təəssürat yaradıb. 

Mərasimi açan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə 2012-ci ildən Naxçıva­nı dünyada tanıtmaq məqsədilə keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” bey­nəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nüma­yiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin Anar İbra­himov Naxçıvanın muxtariyyətinin di­gər sahələrlə yanaşı, bölgənin mədəni inkişafına da sanballı töhfələr verdiyini deyib və vurğulayıb ki, texnologiyaların sıçrayışı dövründə belə incəsənət bizim həyata baxışımızı, zövqümüzü forma­laşdıran sənət növüdür. “Nəqşi-cahan”ın tarixinin, zəngin mədəniyyətinin sərgilər vasitəsilə nümayiş etdirilməsi sənət­sevərlərə dəyərli ərməğandır.

Türkiyə Respublikasının Naxçıvan­dakı Baş konsulu Asip Kaya ölkələrimiz arasındakı sarsılmaz dostluq və qardaş­lıq münasibətlərindən, mədəni əlaqələri­mizin davamlılığından danışıb, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin Tür­kiyədə müxtəlif tədbirlərlə qeyd olunma­sını diqqətə çatdırıb. 

Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş şüşə üzərində döymə əsə­ri muxtar respublika Ali Məclisi sədrinin müavininə hədiyyə edilib.

İştirakçılar sərginin ekspozisiyası ilə maraqla tanış olublar. Burada müxtəlif illərdə beynəlxalq festivallarda iştirak et­miş 52 rəssamın 54 əsəri nümayiş olu­nur. Əsərlərdə Naxçıvan təbiəti, abidələ­ri, milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə dolğun şəkildə ifadə olunub.

XQ

Mədəniyyət