Zaman saxlancıdır tanınmışların

post-img

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında tanınmış teatr və kino rejissoru Rövşən Almuradlının 70 illiyinə həsr olunmuş bədii gecə keçirilib.

Öncə monitorda mərhumun həyat və yaradıcılığı ilə bağlı foto-video fraqment­lər göstərildi. Sonra tədbirin aparıcısı Əməkdar artist Cəlal Məmmədov Röv­şən Almuradlının yaradıcılıq fəaliyyətin­dən bəhs etdi. Sumqayıt Dövlət Dram Te­atrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov ötən əsrin sonlarından tanı­dığı Rövşən Almuradlının yaradıcılığının səciyyəvi cəhətlərini vurğuladı. Onun quruluş verdiyi “Dəyirman”, “Bayramın birinci günü”, “Qətl günü” və s. tamaşala­rının fərqli keyfiyyətləri qeyd edildi. Ustad rejissorun hər zaman gənclərə tükənməz enerji ötürdüyü bildirildi. 

Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı milli mücadilə mövzusunda əsərlərin səhnə və ekran həllində rejis­sor dostunun rolunu dəyərləndirdi. Onun “Ölüm zirvəsi” romanının motivləri əsa­sında Rövşənin çəkdiyi “Cavad xan” bə­dii filmini qeyd etdi. BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mər­hum yubilyarın şəxsiyyəti ilə yaradıcılığı­nın mükəmməl vəhdətinin təsvirini verdi. AJB-nin sədri Elçin Şıxlı bildirdi ki, Röv­şən Almuradlı yaradıcılığının mayasında Vətən sevgisi, Turan sevdası, müdrik in­san sevgisi dayanırdı. Milli Məclisin üzvü Müşfiq Məmmədli tanınmış rejissorun hər zaman tarixi irsə, qan yaddaşına sa­diq olduğunu söylədi. Xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova ifası ilə məclisi rövnəqləndirdi. İstedadlı aktyor Cavidan Novruz “Cavad xan” filminin çəkilişləri ilə bağlı xatirələrini bölüşdü.

Sonda mərhum sənətkarın çox sev­diyi Ramiz Rövşən yaradıcılığından nü­munələri musiqi notları üstündə bəstə­kar-ifaçı, rejissor Rövşən Nicat təqdim etdi.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət