Şairənin 5 kitablıq təqdimatı

post-img

İstedadlı şairə Aləmzər Xudiye­vanın “Görən niyə belə darıxıram”, “Arzularım oldu xəyal”, “Həsrətli dün­yam”, “Şairlər Tanrıya yaxın olurlar”, “Qəlbdən-qəlbə gedən yol” kitabla­rının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimatı keçirilib.

Mərasimi qazi qiraətçi Cəbrayıl Qənbər açaraq Aləmzər xanımın poezi­ya nümunələrinin 1980-ci illərdən başla­yaraq dövri mətbuatda dərc olunduğunu vurğuladı. O, şairənin poeziyasının möv­zu rəngarəngliyindən danışdı, vətənpər­vərlik ruhlu əsərlərindən nümunələr səs­ləndirdi. 

Sairə Aliyə Əsədova müəllifin bəşə­ri mövzulu şeirlərinin məzmun və bədii cəhətdən dolğun olduğunu, onlara mu­siqilər bəstələndiyini qeyd etdi.

Tanınmış şair və ziyalılar Musa Ələkbərli, Südabə Sərvi, Arif Əliyev və başqaları müəllifi təbrik etdilər, ona yeni uğurlar dilədilər. Mərasimdə şairin yeni şeirləri səsləndirildi.

Sonda Aləmzər Xudiyeva təşkilatçı­lara və iştirakçılara minnətdarlığını bil­dirdi.

Fuad CƏFƏRLİ
XQ

Mədəniyyət