Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Antalyada keçirilən III-cü Diplomatik Forumda çıxış edib

post-img

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatiya Forumu çərçivəsində “Regional əməkdaşlıqda təhsil və mədəniyyətin rolu” mövzusunda paneldə çıxış edib.

Paneldə həmçinin, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvar, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin direktoru Mahmud Erol Kılıç çıxış ediblər.

Aktotı Raimkulova müasir reallıqlar və çağırışlar çərçivəsində diplomatiyanın rolunun vurğulamasında əlamətdar tədbirin təşkili üçün Türkiyə Respublikasının Prezidenti Recep Tayyib Erdoğana təşəkkür edib. Həmçinin, Aktotı Raimkulova 70 illik yubileyi münasibətilə Türkiyə Respublikasının Prezidenti Recep Tayyib Erdoğana təbriklərini ifadə edib.

Fondun rəhbəri mədəniyyət və təhsil sahəsini cəmiyyətin inkişafını və rifah dərəcəsini şərtləndirən əsas aspektlər sırasında vurğulayıb. O, Türk dövlətlərinin başçıları tərəfindən yaradılan Türk əməkdaşlıq təşkilatlarının, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun regional əməkdaşlığın gücləndirilməsinə yönəldiyini qeyd edib. Aktotı Raimkulova Fondun Türk Dünyasının daha da yaxınlaşdırılması istiqamətində fəaliyyətini vurğulayaraq, təşkilatın mədəniyyət və təhsil yönümlü layihələrindən bəhs edib.
Təşkilatın rəhbəri Fond tərəfindən “Türk Mədəni İrsinin qorunması haqqında” Konvensiyanın hazırlanmasına, bu işə üzv ölkələrinin irs sahəsi üzrə ekpertlərinin, dövlət qurumlarının nümayəndələrinin cəlb olunmasına diqqət çəkib. O, Fondun digər təşəbbüsləri sırasında mədəni irs sahəsində Təkmilləşdirmə Proqramının yaradılmasını qeyd edib. Bildirib ki, Program bərpaçıların bacarıq səviyyəsinin yüksəldilməsi, Türk mədəni irsi üzrə rəqəmsal məlumat bazasının yaradılması, mədəni irs sahəsində beynəlxalq hüququn gücləndirilməsi məqsədini daşıyır.

A. Raimkulova çıxışında Fondun təhsil sahəsində fəaliyyətlərinə diqqət çəkərək, Fond tərəfindən Türk dövlətlərinin və digər xarici ölkələrin universitetləri ilə Əməkdaşlıq Memorandumlarının imzalanmasını, həmin universitetlərdə Türk İrsi Mərkəzlərinin yaradılmasını vurğulayıb. O, Türk irsinin daha dərindən öyrənilməsi və yayılması məqsədilə təşkilat tərəfindən Digital Turk Heritage və Turk Discovery onlayn platformalarının yaradılması üzrə işlərin başladıldığını bildirib.

O, Fondun yeni layihə və təşəbbüslərə hər zaman açıq olduğunu vurğulayıb.







Mədəniyyət