Milli İncəsənət Muzeyində Mahnı Teatrının konsert proqramı təqdim edilib

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində martın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edildi.

Konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə respublikanın tanınmış incəsənət ustaları -Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən  ifa olunan  mahnılar səsləndirildi.
Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində"Salam, Novruz!" sərgisi ilə tanış oldular.







Mədəniyyət