Vətən sevgisi hekayəti Sumqayıt səhnəsində

post-img

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatrların bölgələrə qastrol səfərləri davam edir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yaradıcı heyətinin Sumqayıta monotamaşa ilə səfəri uğurlu keçib. 

Seyrçilər gənc dramaturq Ülviyyə Heydərovanın qələmə aldığı “İnanı­ram” monopyesinı rejissor Elşad Rə­himzadənin traktobkasında maraqla tamaşa ediblər. İstedadlı aktrisa Zemfi­ra Əbdülsəmədova Vətən sevgisini bü­tün duyğulardan üstün tutan şəhidləri­mizə və onların analarına həsr edilən səhnə əsərində Şəhid anasının iztirab­larını məharətlə çatdıra bilib.

Monotamaşanın quruluşçu rejis­soru və səhnə tərtibatçısı Elşad Rə­himzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mus­tafayevadır. Xatırladaq ki, ötən il Qır­ğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ART - ORDO 2023” IX Teatr Festivalında “İnanıram” xüsusi müka­fata, aktrisa Zemfira Əbdülsəmədova isə Şəhid anası roluna görə “Ən yaxşı qadın” nominasiyası üzrə mükafata la­yiq görülüb.

Tamaşa müharibədə yeganə oğlu­nu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiya­da iştirak edərkən, yamacda təkbaşına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində otu­rarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasın­da mənəvi bağ yaranır. Amma qadın müharibə səbəbindən arxeoloji qazın­tı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anası­nın çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür. 

Sumqayıt tamaşaçıları monotama­şanı və onun yaradıcılarını alqışlarla qarşılayıblar.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət