“Ədəbiyyat həyatdır”

post-img

Əziz oxucular, yeni yaratdığımız “Baxış bucağı” rubrikasında tanınmış söz-sənət adamlarının ədəbiyyat, mədəniyyət və incəsənətlə bağlı fikirlərinə yer verəcəyik. İlk söz yazıçı, naşir, pedaqoq Şəmil Sadiqindir. 

Filologiya üzrə fəlsəfə doktoru – Şəmil Sadiq “Hədəf” nəşriyyatının di­rektoru, Azərbaycan Nəşriyyatları As­sosiasiyası İctimai Birliyinin sədridir. Bir sıra elmi monoqrafiyaların, şeir, he­kayə, roman və tarixi pyeslərin müəl­lifidir. Əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr olunub. Onun “Ədəbiyyat nədir?” sualına cavabını təqdim edirik. 

- “Ədəbiyyat nədir?” sualını eşitdi­yi zaman bir anlıq bütün bəşəriyyətin taixini, mədəniyyətini, fəlsəfəsini gözü­nün qabağına gətirməyə çalışır insan. Çünki bu gün bizim sadəcə bədii əsər deyib oxuduğumuz nümunələrin sayə­sində əsərin əhatə etdiyi çağın bütün mühitini görmüş və yaşamış oluruq. 

Yazılı ədəbiyyat daim bir ideologi­yanın aparıcı maşını olub. Bu ideo­logiya maşınları mütərəqqi də ola bilər, mürtəce də. Çünki insan həqiqətləri və ya həqiqət kimi qəbul etmək istədiklə­rini yüksək səviyyəli təqdimatla qəbul etmək və həzm etmək istəyir. Zövqlə hazırlanıb təklif edilən istənilən qida şüur altında “həzm edə bilmərəm” fikrindən tamamilə uzaq olur. Həzm zamanı nə qədər əziyyət çəkilsə də, təqdimatdan aldığın xoş duyğular səni o qədər rahatlayır ki, reallıqdan uzaq olursan. Ədəbiyyat da adətən siyasi, iqtisadi, dini ideologiyaları sözün zərif və yumşaq naxışları ilə bəzəyib təqdim etməklə məşğul olur bəzən. Lakin bü­tün bunlarla yanaşı, “Ədəbiyyat nədir?” sualına cavab vermək istəsək, ədəbiy­yat həyatdır, - deyə bilərik.

Tarixi mənasından uzaqlaşaraq ar­tıq sadəcə ədəb qaydaları yox, insanı təqdim edir ədəbiyyat. Bu insan Nə­siminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənani kimi müdrik də olur, Füzulinin Məcnunu kimi ilahi eşq fədaisi də, Ni­zaminin Şirini kimi səmimi də, Cəli­lin Şeyx Nəsrullahı kimi fırıldaqçı da, Cavidin İbn Yəmini kimi məkrli və şər ideyaların carçısı da. Klassik ədəbiyyat insanın nəfsini də, arzularını da - istər müsbət, istərsə də mənfi olsun - pərdə altında, ən yaxşı halda tül pərdə altında təqdim etməyə cəhd edirdisə, günümz­də yaranan yeni ədəbi cərəyanlar ədə­biyyata bir sənət kimi baxaraq, daha çılpaq formada təqdimatı alqışlayır. Lakin çılpaqlığın özünün belə cəmiy­yətdə yaratdığı assosiasiya o qədər də xoş deyil, tükürpədicidir, itələyicidir. Bu baxımdan ədəbiyyatın həyat həqiqət­lərini ifadəsindəki məcaziliyinə daima ehtiyac duyulur, reallıqla xülyaların sin­tezinin vəhdətdə olması arzulanır.

İnsan duyğularının carçısı anlamını da daşıyan ədəbiyyat bəzən bu duy­ğuların düşməni rolunda da çıxış edir. İnsan duyğularına ən güclü təsir mexa­nizminin sadəcə söz olduğunu nəzərə alsaq, ədəbiyyatın ideologiyaların ən böyük silahı olduğunu görərik. Təsa­düfi deyil ki, bütün peyğəmbərlərin şair olması, Tanrı sözünün şeirlə, avazla in­sana çatdırılmasını tarixdə görmüş olu­ruq. Şeir bir zamanlar bu gün dilimizdə işlənən ədəbiyyat ifadəsinin sinonimi­dir. Bütün peyğəmbərlərin, təriqət baş­çılarının kütlələrə xitabı şeirlə, rəvayət və əfasənələrlə olmuşdur ki, bu da ədəbiyyatın gücündən xəbər verir.

Bu gün ədəbiyyat ifadəsi səsləndik­də müəyyən formalarda, çərçivələrdə yazılan şablon əsərlər nəzərdə tutula bilməz. Ədəbiyyat dedikdə sərhəd­siz arzular, sərbəst düşüncə məhsu­lu, zövq oxşayan mətnlər olmalıdır. Ədəbiyyat həyat həqiqətlərinin carçısı olduğu üçün onun ədəbiyyat olması­nı şərtləndirən əsas amil ədəbiyyatın mədəniyyət, tarix, sənət, fəlsəfə, əxlaq qaydaları olmasıdır.

XQ

Mədəniyyət