“Varlı qadın” və “Göyçək Fatma” Göyçayda

post-img

Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının ifasında “Varlı qadın” pyesi və Azərbaycan xalq nağılları motivləri əsasında səhnələşdirilmiş “Göyçək Fatma” nağıl-tamaşası Göyçay rayon Mədəniyyət Mərkəzində nümayiş olunub.

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin yazdığı, indiyədək ölkəmizdə və xaricdə bir sıra teatrlarda tamaşaya qoyulmuş “Varlı qadın” pyesinə Xalq artisti Valeh Kərimov quruluş verib və baş qəhrəman – Sarı rolunu da özü oynayıb. Ailə-məişət mövzusunda olan, eləcə də mənəvi məsələlərə toxunulan, ailə sevgisinin vacibliyinin vurğulandığı komediyada təsirli, dramatik situasiyalar da əks olunub. “Varlı qadın” rayon ictima­iyyəti tərəfindən alqışlarla qarşılanıb.

“Göyçək Fatma” nağıl-tamaşası isə azyaşlı tamaşaçıların böyük marağına səbəb olub. 

XQ

Mədəniyyət