ADA Universiteti Özbəkistanda

post-img

2024–2025-ci tədris ili üçün tələbə qəbulu ilə əlaqədar Azərbaycanın ADA Universiteti nümayəndələri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Daşkənd və Səmərqənd şəhərlərindəki ümumtəhsil məktəblərinin sonuncu sinif şagirdləri və universitet tələbələri ilə görüşüb beynəlxalq təhsil proqramının təqdimatını həyata keçiriblər. 

Qonaqlar AMM əmək­daşları ilə birlikdə Daşkənd şəhərindəki 154, 5, 51, 17, 263 nömrəli, həmçinin Əl-Xarəzmi adına ixtisas­laşdırılmış məktəb, Ge­nesis Education məktəbi, eləcə də Nizami Gəncə­vi adına Daşkənd Döv­lət Pedaqoji Universiteti, Səmərqənd Dövlət Tibb, Heyvandarlıq və Biotexno­logiya Universiteti, Dünya İqtisadiyyatı və Diploma­tiya Universitetinin Aka­demik Liseyi kimi bir sıra dövlət və özəl məktəblər­də olub, beynəlxalq təhsil proqramını şagird və tələ­bələrə təqdim ediblər. 

Qeyd edək ki, ingilis və rus dillərində keçirilən təqdimatlarda ADA Uni­versitetinin Tələbə Qəbulu Şöbəsinin nümayəndəsi Sona Məmmədova və Biznes fakültəsinin baş müəllimi Mukhammadfo­ik Bakhadirov ictimai və beynəlxalq münasibətlər, hüquqşünaslıq, biznes, təhsil, dizayn və memarlıq, kənd təsərrüfatı və qida elmləri fakültələrinin ba­kalavriat və magistratura səviyyələri üzrə ixtisaslar­la tələbələri tanış ediblər. Həmçinin şagirdlərə xarici ölkələrdən olan tələbələrin həyat şəraiti, parklar və is­tirahət yerləri, asudə vax­tın təşkili, universitetdəki dostluq ab-havası və s. əks etdirən videolar təq­dim olunub. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər