Hər kitab bir dünyadır

post-img

“Ölüm mələyi” Səfəvi sarayında

“Təhsil” Nəşriyyatı yazıçı-publisist Mustafa Çəmənlinin “Ölüm mələyi” ta­rixi romanını çap edib. 

Əsər ilk dəfə 2012-ci ildə “Azərbay­can” jurnalının 4, 5, 6-cı nömrələrində, elə həmin ildə də kitab halında çap olunub. Növbəti ildə Mədəniyyət və Turizm Na­zirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülüb. 

“Ölüm mələyi” romanında Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli bir dövrü təsvir olunur. Əsərdə I Şah Təh­masibin ömrünün son günləri, onun 19 il 6 ay 21 gün Qəhqəhə qalasında dus­taq etdiyi oğlu İsmayıl Mirzənin hakimiy­yətə gəlməsi və fəaliyyəti öz əksini tapıb. Romanın süjet xətti tarixi romanlara xas ənənəvi döyüş səhnələri ilə deyil, saray­daxili ziddiyyətlər, insan münasibətləri, hakimiyyəti əldə etmək və onu qorumaq uğrunda mübarizə yolları ilə səciyyəvidir.

Səfəvilər xanədanının böyük bir döv­rünü əhatə edən bu romanda I Şah Təh­masib, II Şah İsmayıl, Pərixan bəyim, Gövhər bəyim, İbrahim Mirzə, Hüseynqu­lu Xüləfa və başqa tarixi şəxsiyyətlərin dolğun bədii obrazları yaradılıb.

“Fransız leytenantın məşuqəsi” Bakıda

Böyük ingilis yazıçı Con Faulzun dünyaca məşhur “Fransız leytenantın məşuqəsi” romanını Azərbaycan dilin­də oxumaq imkanı yaranıb. 

Romanda iki gəncin sevgisi fonun­da çox maraqlı hadisələrdən bəhs edilir. Sara kiçik Laym qəsəbəsinin sakinidir. O, sonradan bu qəsəbəyə gələn fransız ley­tenantla eşq yaşayır. Leytenant Fransaya dönəndən sonra qız cəmiyyətdəki nüfu­zunu itirir. O bütün günü sahildə dayanıb dənizə baxır.

Bir gün Çarlz və Ernestina adlı nişanlı cütlük gəzməyə çıxanda Saraya rast gəlir. Ernestina qızın başına gələnləri nişanlısı­na danışır. Sara Çarlzın böyük marağına səbəb olur. Bu, sonradan güclü sevgiyə çevrilir. Çarlz qohumlarından da, nişanlı­sından da ayrılmalı olur. Romanın sonuna doğru isə hər şeyin göründüyü kimi olma­dığına şahidlik edirik.

Ötən əsrin ən ünlü yazıçılarından olan Con Faulzun bu məşhur romanı onun ən yaxşı əsərlərindəndir. Kitabın tərcüməçisi Vaqif Rəsulovdur. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət