“Manqurt” Lənkərana gedib

post-img

Paytaxt teatrlarının regionlara qastrol səfərləri davam edir. Əsas hədəf regionlarda mədəni həyatın daha da canlandırılması, yerli yaradı­cı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaradılmasıdır.

Mədəniyyət Nazirliyinin bu layihəsi çərçivəsində Azərbaycan Dövlət Akade­mik Milli Dram Teatrı “Manqurt” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında çıxış edib. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejisso­ru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində rolları Əməkdar artistlər Meh­riban Xanlarova, Elşən Rüstəmov, akt­yorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov oyna­yıblar. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət