“Naxışların rəqsi”

post-img

Ötən günlərdə Azərbaycanın Bel­çikadakı səfirliyinin dəstəyi ilə Brüs­selin Kral Parkında yerləşən “Cercle Royal Gaulois” Mədəniyyət Sarayında “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilib.

Sərgidə bu il Şuşa şəhərinin İslam dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və çeşidli mədəni irsinin əsasında ya­radılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəla­ğayılar nümayiş etdirilib.

Qeyd edək ki, “Şuşa” süni zəka la­yihəsini Türkiyədə yaşayan soydaşı­mız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qru­punun azərbaycanlı və türkiyəli üzvləri hazırlayıblar. Məqsəd mədəniyyət beşi­yimiz Şuşanın qədim ənənəvi incəsənə­tinin innovativ texnologiyalar vasitəsilə canlandırılmasıdır. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət