Bakı Dövlət Universitetinin professoru İbrahim Zeynalov zəngin bir yaradıcılıq yolu keçmiş alimlərimizdəndir. O, elmimizin, mədəniyyətimizin daha uca zirvələrə qalxmasında elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olan elm adamıdır. Bir insan kimi əsl tədqiqatçı- alim ömrü yaşamış, halal zəhməti, gərgin, ardıcıl, yaradıcı, yenilikçi əməyi sayəsində böyük müvəffəqiyyətlər qazanmış, mənalı və zəngin fəaliyyəti ilə həmkarları və tələbələri tərəfindən həmişə sevilmişdir.
İbrahim müəllim Tovuz rayonunun Aşağı Ayıblı - indiki Əyyublu kəndində doğulub. Atasını erkən yaşlarında itirdiyindən ailəyə böyüklük edib, iki kiçik qardaşına - İman və Dumana həm böyük qardaş, həm də ata əvəzi olub. Anası Tükəzban xala məktəbdə xadimə işləyir, əlinin zəhməti ilə heç kimə ehtiyac duymadan övladlalarını böyüdürdü. Orta məktəbdə həm savadı, həm də təlim -tərbiyəsi ilə seçilən İbrahim BDU-nun ( keçmiş ADU) tarix fakultəsinə qəbul imtahanlarında bütün fənnlərdən yüksək qiymət alsa da müsabiqədən keçə bilmədi. Səbəb bəlli idi, havadarlıq, tapşırıq olmayanda asan iş də çətinə düşür...
Ancaq o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi olan ulu öndər Heydər Əliyevin verdiyi göstəriş İbrahimin, eləcə də universitetin sayılıb - seçilən fakultələrində təhsil almaq istəyən bir çox fəhlə-kəndli balalarının həyatlarında bir ümid işığı yandırdı. Ulu Öndərin universitetə qəbul zamanı “fəhlə-kəndli balalarına üstünlük verilsin qərarı” ədalətin bərpası olmuş, tarixçi, hüquqşünas, jurnalist, şərqşünas olmaq istəyən gənclərin yollarını açmışdı. İbrahimin əsgərliyini başa vurduqdan sonra ADU-nin tarix fakultəsinə qəbul olunmasında bu faktın böyük rolu olmuşdu. Onun universitetin çox mötəbər fakültəsinin tələbəsi olması kəndimizdə böyük əks-səda doğurdu. Sadə, yoxsul bir ailənin övladının qazandığı uğur, bütün məktəbi ruhlandırmışdı. Beləliklə də, onun açdığı bu cığır sonradan böyük bir yola döndü və kəndimizdən yüzlərcə gənc bu şərəfli yolun yolçuları oldu.
İbrahim Zeynalov 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib tayinatla Sabirabad rayonunun Xəlifəli kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başladı. Universiteti bitirəndə fakültənin dekanlığı, xüsusi ilə də müəllimi olmuş tanınmış tarixçi alim Səfiyar Musayev ona universitetdə qalmağı təklif etmişdi. Amma İbrahim ailə vəziyyəti ilə əlaqədar razı olmamış, hətta sevimli müəlliminə də bildirmışdi ki, kiçik qardaşı Duman (sonralar polis orqanlarında rəhbər vəzifələrdə çalışdı, ruhu şad olsun) hüquq fakultəsinə qəbul olunub, onun təhsilini davam etdirməsi üçün maddi köməyi lazımdır. Amma iki il tarix müəllimi kimi çalışdıqdan sonra yenidən universitetə qayıdıb əyani aspiranturaya qəbul olmunmuş, 1986-cı ildə isə elmi işini uğurla müdafiə etmişdir.
Elə o vaxtdan da taleyini doğma univerisitetlə bağlamış- müəllim , baş müəllim, dosent vəzifələrində çalışmışdır. İki il BDU-da təlim-tərbiyə işləri üzrə proroktor vəzifəsində çalışmış, dörd il (1996-2000-ci illlər) bu flaqman təhsil ocağında aspirantura şöbəsinə rəhbərlik etmişdir. O, 2005-2015-ci illərdə Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə seminarın və ekspert qrupunun sədri olmuşdur. 2019-2020-ci illərdə tarix fakultəsinin dekanı vəzifəsini icra edən İbrahim müəllim sonradan dekan vəzifəsinə seçilmiş və bu işi uğurla davam etdirməkdədir. Həm də “Ümumi tarix” və “Vətən tarixi “ indekisləri üzrə disserfasiya şurasının sədridir. 2004-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının “Tarix və siyasi elmlər” üzrə ekspert şurasının üzvü, 2004-2015-ci illərdə TQDK (DİM) nəzdində fəaliyyət göstərən Tarix fənni üzrə respublika seminarının və testlərin qəbulu üzrə ekspert qrupunun sədri olmuşdur.
Bu illər ərzidə müxtəlif vəzifələrdə çalışsa da elmi yaradıcılığını uğurla davam etdirmiş, 1999-cu uldə doktorluq disertasiyasını müdafiə edərək AAK-ın qərarı ilə tarix elmləri doktoru elmi adını almışdır. 2000-ci ildən isə tarix fakultəsində professor vəzifəsini tutmaqdadır.
Professor İbrahim Zeynalov zəngin bir yaradıcılıq yolu keçmiş məhsuldar alimlərdəndir. O, 7 elmi monoqrafiyanın, 20-dən çox dərs vəsaitinin, 3 kitabın, 6 dərsliyin,10-dan çox fənn proqramının, ümumilikdə 280-dan çox elmi məqalənin müəllifidir. Onun “Vətən Müharibəsi tarixi: Şəxsiyyət faktoru”, “Heydər Əliyev”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası Azərbaycanın Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”, “Siyasi tarix” (dərslik); “Azərbaycanın iqtisadiyyatı və sosial inkişafı (70-80-ci illərdə)”; “Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında” (dərslik); “Totalitar Sovet Cəmiyyəti: Tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20-50-ci illərində)”; “Vətənin xilaskar oğlu”, “İlham Əliyev: Azərbaycan son 17 ildə - uğurlu siyasətinin davamı”, “44 günlük Vətən Müharibəsində Ermənistanın hərbi-siyasi iflası” əsərləri tədqiqatçıların böyük rəğbətini qazanmışdır. İbrahim müəllimin xaricdə və respublikada nəşr edilən elmi jurnallarda xalqımızın mədəniyyəti, qəhrəmanlıq tarixi ilə bağlı dərc etdirdiyi məqalələrin sayı onlarcadır. Onun nəşrə hazırladığı yeni əsəri - “Azərbaycan milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi: dahi şəxsiyyətin ömür yolu” adlanır. 665 səhifəlik bu kitab çap mərhələsindədir. Əminik ki, bu fundamental əsərin Ulu öndərin zəngin irsinin öyrənilməsində xüsusi əhəmiyyəti olacaqdır.
İbrahim müəllim həm də fəal YAP-çı kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, müasir gəncliyin vətənə, dövlətçiliyə, milli dəyərlərə sədaqət ruhunda yetişməsində yorulmadan çalışır. Onun rəhbərliyi altında 12 nəfər tarix üzrə fəlsəfə doktoru, 1 nəfər isə tarix elmləri doktoru elmi işini uğurla başa vurmuşdur. Hazırda rəhbərliyi altında beş nəfər doktorant və dörd nəfər elmlər doktoru proqramı üzrə elmi tədqiqatlar aparır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. 1993-cü ildə A.Bakıxanov adına mükafata və diploma layiq görülmüşdür. 1999-cu ildə Azərbaycan Respublika Ziyalılar Cəmiyyəti və Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri diplomunu və mükafatını almışdır. ”BDU-nin 100 illiyi yubiley medalı”, elmi konfranslardakı çıxışlarına, kadrların hazırlanmasındakı xidmətlərinə görə çoxsaylı fəxri fərmanlarla təltif edilmiş və mükafatlandırılmışdır. Bu təlabkar və qayğıkeş alimin ən böyük mükafatı isə tələbələrinin, rəhbərlik etdiyi kollektivin və insanların ona əvəzsiz sevgisidir.
* * *
Bakıya hər gələndə onunla görüşə bilməsəm də, bu dəfəki gəlişimdə görüşdük. Bir-bir hamını soruşdu. Aldığı cavablardan məmun olduğunu hiss etdim.
- Bizim çamaat çox zəhmətkeş və qoçaqdır. Hər dəfə kəndə gedəndə bir yenilk görürəm,yeni tikilən evləri görəndə ürəyim dağa dönür. Belə getsə bir neçə ildən sonra insanlar şəhərlərdən kəndlərə axışacaqlar.
Qələm dostum Çingiz Qəribli ilə həmmüəlif olduğumuz Tovuz döyüşlərindən bəhs edən “Doğuluş” kitabını verdim, 70 illik yubileyinizə hədiyyə olsun, dedim. Kövrəldi, amma kitabı vərəqləyə-vərəqləyə, xoşbəxtəm ki, işğaldan azad olunmuş torpaqlarımızı, 30 ildən sonra ölkəmizin suverenliyini gördüm, - dedi.
Sonra da davam etdi ki, taleyimizdə xüsusi yeri olacaq prezident seçkilərinə də qalib ölkənin vətəndaşları kimi səfərbər olaraq getdik. 200 illik tariximizdə torpaqlarımızı 30 illik işğaldan qurtarıb azad edən və yeni bir möhtəşəm tarix yazan böyük sərkərdəyə -Ali Baş Komandan İlham Əliyevə səs verməklə Azərbaycanın daha böyük uğurlarına imza atdıq. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Mənim üçünsə bu günlərin sevinci dünyalar qədər böyükdür. 70 illiyim seçkilər ilinə təsadüf etdi, həm də möhtəşəm seşki sınağından uğurla çıxmağımızla bütün əlehidarlarımızı susdurduq. Bu günlər həyatımın ən yaddaqalan tarix olacaq...
Axşam kəndə qayıdacağımı söylədim. Heç nə deməsə də gözlərindəki suallar açıqca oxunurdu. Hiss etdim ki, boya-başa çatdığı, əzizlərinin məzarlarını qoyub gəldiyi doğma kəndi Əyyubluya dönən eloğlusuna qibtə etdi... Amma ömrünün qırx ildən çoxunu həsr etdiyi, saysız-hesabsız tələbələr, alimlər yetişdirdiyi BDU-da onu gözləyənlər də az deyil, xüsusən də prezident seçkilərinindən sonra başlanan yeni dövrdə ona burada daha böyük ehtiyac var.
Yolların həmişə işıqlı, ömrün mənalı olsun, professor!
Ramiz Çıraqlı
“Tovuz” qəzetinin baş redaktor müavini