Qubada baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb

post-img

Qubada baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan XQ-ə bildiriblər ki, fevralın 11-də saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə