Azərbaycan pianoçusu Nyu-York səhnəsində

post-img

Nyu-Yorkda yerləşən dünyaca məşhur “Carnegie Hall” konsert mərkəzində Azər­baycanın Əməkdar artisti, professor, tanın­mış pianoçu Nərgiz Əliyarovanın solo kon­serti keçirilib. 

Konsert proqramı dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illik yubileyinə həsr olunub. 

N.Əliyarova konsertdə bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün işlənmiş par­çaları ifa edib. Pianoçu baletin süjet xəttindən da­nışıb, bu əsərin Məlikovun yaradıcılığındakı mü­hüm rolundan söz açıb, baletin dünyanın onlarla müxtəlif səhnələrində qoyulduğunu vurğulayıb. 

Gecədə pianoçu A.Məlikovun musiqisi ilə ya­naşı, dahi bəstəkarlar Bethovenin, Şopenin və Debussinin əsərləri də ifa edilib. N.Əliyarovanın ifasında Şopenin valsı gecəyə xüsusi rəng qatıb. Çıxışının sonunda qonaqlar pianoçunu ayaqda alqışlayaraq yenidən səhnəyə dəvət ediblər. 

XQ

Mədəniyyət