Azərbaycan turizmi Hindistanda

post-img

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları “OTM Mumbai 2024”də sərgilənir. Tədbirin təşkil olunduğu Hindistanın Mumbay şəhərində ziyarətçilərə xalqımızın tarixi və mədəni irsi, ölkəmizin qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.

Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı ikitərəfli görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur. Asiya üzrə ən böyük turizm sərgisinə 60 ölkədən 1600-dən çox şirkət qatılıb. 

Qeyd edək ki, ötən il ərzində Azərbaycana 117 min 302 nəfər Hindistan vətəndaşı gəlib, bu da 2022-ci il rəqəmləri ilə müqayisədə 93 faiz çoxdur. 2024-cü ilin yanvar ayında isə ölkəmizə gələn 10 135 nəfər Hindistan vətəndaşının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 147 faiz artım müşahidə olunub.

Fidan 
XQ

 

Mədəniyyət