Bu gün də yağmursuz və dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 6-11°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 18-23°, dağlarda gecə 1-6°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq. 

Q.QASIMOV 
XQ

 

Ekologiya