Hər kitab bir dünyadır

post-img

Bu günlərdə “Vaqif Bəhmənli. ƏSƏRLƏR" çoxcildliyinin 7-ci cildi işıq üzü görüb. 

Ünlü qələm sahibi, görkəmli şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar birliyinin üzvü, Rəsul Rza adına beynəlxalq mükafat laureatı, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli şeir və məqalələrdən ibarət 50-dək kitabın müəllifidir. Onun əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib.

Xatırladaq ki,  çoxcildliyin əvvəlki 6 cildinə Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Bədirxan Əhmədli, Rahid Ulusel, Elnarə Akimova, Qulu Ağsəs və Qulu Məhərrəmli ön söz yazıblar. 7-ci cild isə tənqidçi Bəsdi Əlibəylinin "Vaqiflərlə dünya dolu..." adlı hədsiz dəyərli məqaləsi ilə açılır. Kitabda şairin lirikasına geniş meydan verilib. 

Dövlət Tərcümə Mərkəzi yeni nəşrini – zəngin ədəbi ənənəli İsveç ədəbiyyatının seçmə nümunələrinin toplandığı “İsveç nəsr antologiyası” kitabını ərsəyə gətirib. 

Toplunun layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi yazıçı Etimad Başkeçid, əsərlərin tərcümə müəllifləri – tanınmış yazıçı və bədii tərcümə ustaları – Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Selcan Məmmədli, redaktoru Mahir Qarayevdir.

Nəfis tərtibatlı kitaba İsveç nəsrinin Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf, Verner Fon Heydenstam, Per Hallström, Yalmar Syöderberq, Albert Enqström, Yalmar Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist, Astrid Lindqren, İnqmar Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf Stark, Marqareta Ekström, Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli yazıçılarının və müasir müəlliflərinin əsərləri daxil edilib. 

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət