Gənc yazarın ilk “Ayaq səsləri”

post-img

Azərbaycan Milli Kitabxanasında “Xalq qəzeti”nin əməkdaşı, gənc yazar   Rizvan Fikrətoğlunun yeni tərtibatda və dizaynda nəşr olunmuş “Ayaq səsləri” kitabının təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iştirakçıları Azərbaycan Gəncləri Günü  münasibətilə təbrik edib və bayrama həsr olunan tədbirlərdən danışıb. O qeyd edib ki, Rizvan ­Fikrətoğlunun yeni kitabının müzakirəsi də bu sıradandır. Direktor gənc yazara yeni yaradıcılıq uğurları arzulayıb.    

Tədbirdə kitabın redaktoru və ön sözünün müəllifi Əli Nəcəfxanlı təqdim olunan povestin haqqında geniş məlumat verərək əsərin bədii məziyyətlərindən bəhs edib.    “Xalq qəzeti”nin multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatı təqdim olunub. Tədbirin davamında “Aytam” İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər.

Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib. O, kitabını avtoqrafla oxucularına ərməğan edib. Sonra gənc yazarlara və tədbirdə iştirak edən fəal oxuculara Milli Kitabxananın rəhbərliyi adından təşəkkürnamələr təqdim edilib. Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib.

XQ

 

Sosial həyat