Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

post-img

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Bu barədə XQ-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun inzibati binasında Sabunçu rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 20 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.





Sosial həyat