İsveçrə Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlayır

post-img

İsveçrə Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən İrandakı səfirliyinin fəaliyyətini dayandırır, lakin ABŞ ilə İran arasında əlaqə kanalını dəstəkləməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. “Yaxın və Orta Şərqdəki müharibə və artan təhlükəsizlik təhdidi ilə əlaqədar İsveçrə Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib”, – deyə açıqlamada qeyd olunur.

Bildirilir ki, Tehrandakı səfir və səfirliyin beş əməkdaşı İranı tərk ediblər. Onlar "vəziyyət imkan verən kimi" geri qayıdacaqlar.

Dünya