Gənc yazarlar təltif olundular

post-img

Xəbər verdiyimiz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə yaşı 35-dək gənc yazarlar arasında Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi keçirib. 

Hələ yeniyetmə çağlarında “Bayram həsrətində”, “Asqılıqda işləyən qadının söhbəti” və “Sabah ayıq olacayıq” he­kayələri ilə ədəbiyyata gələn Anarın adına müsabiqənin təşkili gənc yazarların yara­dıcılığının püxtələşməsinə dəstək məramı daşıyırdı. Müsabiqədə münsiflər tərəfin­dən əvvəlcə 200-ə yaxın iştirakçı arasın­dan 8 finalçı müəyyənləşdirilmişdi. Sonra finalçılar arasından qalib və mükafatçıla­rın adları açıqlanıb. Belə ki, Cavid Baba­yev “Üçnəfərlik motosikletlər” hekayəsinə görə 1-ci yerə layiq görülüb. Gənc yazar­lar Orxan Cuvarlı 2-ci, Xan Abdulla 3-cü yerlərdə qərar tutublar. Bəşir Niftəliyev və Səma Quliyeva isə həvəsləndirici nomina­siyada yer alıblar. 

Himayədarı “Azeristeel” MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və in­cəsənət” portalı ilə “Şirvan” cəmiyyəti olan müsabiqənin mükafatlandırma mərasimi 2 fevral Azərbaycan Gəncləri Günündə AYB-nin Natəvan klubunda təşkil olunub. Tədbiri Ədəbiyyat Fondunun direktoru, yazıçı Varis açaraq, Xalq yazıçısı Anarın yubileyinə həsr olunan müsabiqə barədə məlumat verib. Görkəmli qələm sahibi, AYB-nin sədri Anar yaradıcılığına olan eh­tirama görə minnətdarlığını bildirib, müsa­biqənin iştirakçılarına və qaliblərinə yeni uğurlar arzulayıb.

Əsasən gənc yazarların ədəbi tribu­nası olan “Ulduz” jurnalının baş redakto­ru, şair Qulu Ağsəs Xalq yazıçısı Anara və onun adına təşkil edilmiş müsabiqə­nin qaliblərinə ən xoş arzularını çatdırıb. Obyektiv şəkildə, sırf ədalət prinsipi üzrə keçirilən bu hekayə yarışmasından sonra gənclər üçün Xalq şairi Vaqif Səmədoğ­lunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsinin də elan olunduğu diqqətə çatdırılıb. 

Müsabiqənin final mərhələsində mün­siflər heyətinin rəhbəri olmuş tanınmış ya­zıçı Hüseynbala Mirələmov, AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Təranə Vahid və başqaları müsabiqənin önəmindən bəhs edib, gənc­lərin yaradıcı potensialının açılmasında bu kimi tədbirlərin böyük rol oynadığını vurğulayıblar.

Sonda qaliblər mükafatlandırılıblar. Onlara pul mükafatları, fəxri diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim edilib. 

Ə.ƏİYEV
XQ

Mədəniyyət