“Qılınc və qələm” özbək dilində

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub. 

Daşkənddəki “Niso” nəşriyyatında işıq üzü görən romanı özbək dilinə Nazira Əliyeva, Muhsin Hamidov və Rustam Ko­milov tərcümə ediblər. Nəşrin redaktoru və nəşrə hazırlayan Abdulla Ulugovdur. 

Kitabın “Ön söz”ündə qeyd olunur ki, Məmməd Səid Ordubadinin bu əsə­ri XX əsr türk xalqlarının ədəbiyyatına özünəməxsus töhfə verib. Romanda bütün dövrlərdə mürəkkəb insan müna­sibətlərində yer tutan sevgi, qısqanclıq, karyera və hərislik duyğuları qabarıq ve­rilib. 

“Qılınc və qələm” romanının yaxın günlərdə Özbəkistanın aparıcı kitabxa­nalarında, təhsil və elm ocaqlarında təq­dimatlarının keçirilməsi nəzərdə tutulur.

Qulu KƏNGƏRLİ, X
Q-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət