“Hamlet”in DOST təqdimatı

post-img

Azərbaycanın ilk inklüziv ƏSA (Əngəlsiz, Sərhədsiz, Azad) Teatrının yaradıcı heyətinin səhnələşdirdiyi “Hamlet” tamaşasının premyerası olub. 

Tamaşadan əvvəl qeyd olunub ki, 2021-ci ilin okt­yabr ayında Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliye­vanın iştirakı ilə açılışı olmuş DOST Mərkəzi əlillərin və di­gər həssas qrupların yaradıcı potensialının inkişaf etdiril­məsində mühüm rol oynayır. Birinci vitse-prezident Mehri­ban xanım Əliyevanın təşəb­büsü ilə yaradılan mərkəzdə son bir ildə 180-dən çox, 2 illik fəaliyyəti ərzində isə 480-dən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunub. Həmçi­nin burada mütəmadi olaraq inklüziv yaradıcılıq tədbirləri təşkil olunur. Nazirliyin ƏSA Teatrı ilə fəal əməkdaşlığının nəticəsi olaraq hazırlanan bir sıra inklüziv tamaşalarda be­nefisiarlar da yer alıb. Qurum əlillərin yaradıcı potensialının inkişaf etdirilməsi üzrə “Əlillik qüsur deyil” devizi ilə fəaliy­yət göstərir. Uilyam Şekspirin yeni təqdim edilən “Hamlet” tamaşası da bunu bir daha təsdiq edir. 

Faciə maraqla izlənib və belə bir qəti əminlik yaradıb ki, fiziki qüsurlu olmaq heç də faciə deyil. Tamaşadan sonra Əmək və əhalinin sosial mü­dafiəsi naziri Sahil Babayev, mədəniyyət naziri Adil Kərim­li, Azərbaycan Respublikası­nın İnsan Hüquqları üzrə Mü­vəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin sədri Bahar Murado­va, Milli Məclisin Əmək və so­sial siyasət komitəsinin sədri Musa Quliyev, Ailə, qadın və uşaq məsələləri komitə­sinin sədri Hicran Hüseyno­va, deputat Jalə Əhmədova, Medianın İnkişafı Agentliyi­nin İcraçı direktoru Əhməd İsmayılov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Xalq artistləri Fəxrəddin Manafov, İlham Namiq Kamal, Firən­giz Mütəllimova və başqaları yaradıcı heyətlə görüşərək, istedadlara yeni-yeni uğurlar arzulayıblar. 

Zərifə HÜSEYNOVA
XQ

Mədəniyyət